Kanada Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Kanada Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Kanada Ukraynaya 35 milyon ABŞ dollarından artıq dəyəri olan hərbi yardım paketi ayırıb.

“Poliqon” xəbər verir ki, bunu Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında Kanadanın müdafiə naziri Devid Makqinti elan edib.

Yeni hərbi yardıma aşağıdakılar daxildir:

  • Kanada şirkətləri tərəfindən təmin edilən yeni avadanlıq və sursatla birlikdə “Coyote” və “Bison” zirehli nəqliyyat vasitələri üçün 30 milyon dollar;
  • Kanada müdafiə sənayesindən alınacaq elektron müharibə anti-jammer dəstləri üçün 5 milyon dollar.
CATEGORIES