QuruXəbərlər

KARAOK tank əleyhinə raket sistemi EFES-2026-da ilk dəfə istifadə olunub

“Roketsan” şirkətinin istehsal etdiyi KARAOK daşınan tank əleyhinə raket sistemi EFES-2026 təlimində ilk dəfə istifadə olunub.

“Poliqon”un məlumatına görə, təlim çərçivəsində təşkil olunmuş Müdafiə Sənayesi Sərgisində “Roketsan” stendini ziyarət edən Rəcəb Tayyib Ərdoğan KARAOK raketinə imza atıb.

Bir əsgər tərəfindən istifadə edilən, “atdın-unutdun” prinsipi ilə işləyən KARAOK, üzərindəki infraqırmızı tuşlama başlığı sayəsində gecə-gündüz işləyə bilən daşınan raket sistemidir. Kompleksdən desant-hücum, hava-desant və desant əməliyyatlarında yaxın məsafələrdə təhdidlərin dayandırılması, ləngidilməsi, istiqamətləndirilməsi və məhv edilməsi üçün istifadə olunur.

125 mm çaplı KARAOK raketinin uzunluğu 1100 mm və atış məsafəsi 1-2.5 km təşkil edir. Tank əleyhinə raket kompleksinin ümumi kütləsi 16 kiloqramdann çoxdur. Zirehdələn tandem döyüş başlığı ilə təchiz olunan KARAOK düzünə dəymə / üstdən dəymə rejimində işləyir.

 

Back to top button