“Kazakhstan ASELSAN Engineering” və Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi birgə əməkdaşlıq göstərəcək
ASELSAN-ın Qazaxıstanda fəaliyyət göstərən “Kazakhstan ASELSAN Engineering” (KAE) şirkəti və bu ölkənin Fövqəladə Hallar Nazirliyi informasiya, kommunikasiya və əhalinin maarifləndirilməsi sahəsində birgə layihələr həyata keçirəcək.
“Poliqon” “Kazakhstan Engineering”ə istinadən xəbər verir ki, bununla bağlı Astana şəhərində tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
İmza mərasimində tərəflər uzunmüddətli və faydalı əməkdaşlığa qarşılıqlı maraq göstərdiklərini bildiriblər. Həmçinin ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, layihələrin həyata keçirilməsi və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ilə bağlı təkliflər verilib.
Qeyd edək ki, “Kazakhstan ASELSAN Engineering”, ASELSAN və “Kazakhstan Engineering” şirkətlərinin birgə müəssisəsidir.