Xəbərlər
Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
“Poliqon” xəbər verir ki, Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarında bildirib ki, cavab atəşilə qarşı tərəf susdurulub.
“Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır”, – deyə Nazirlik əlavə edib.
Poliqon.az




