Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri intevsiv atəşə tutulub

Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri intevsiv atəşə tutulub

İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Poliqon.az

CATEGORIES
TAGS