Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan  Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Poliqon.az

CATEGORIES
TAGS