
Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-dan Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
“Əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır”, – deyə Nazirlikdən bildirilib.
CATEGORIES Xəbərlər