Kəmaləddin Heydərov: FHN minatəmizləmə işlərini sürətlə davam etdirir

Kəmaləddin Heydərov: FHN minatəmizləmə işlərini sürətlə davam etdirir

Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyətinə başlanılıb.

“Poliqon”un məlumatına görə, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu gün keçirilən kollegiya iclasında deyib.

General-polkovnik Kəmaləddin Heydərov bildirib ki, hazırda FHN-in əməkdaşları minatəmizləmə işlərini sürətlə davam etdirir.

Nazir işğaldan azad olunmuş ərazilərdə bu gün misli görünməmiş abadlıq-quruculuq və yenidənqurma işlərinin görüldüyünü deyib: “Böyük sürətlə icra olunan bu işlərdə aidiyyəti üzrə təhlükəsizliyin, o cümlədən yanğın təhlükəsizliyi, tikintidə, sənaye və dağ-mədən işlərində təhlükəsizliyin, radioloji təhlükəsizliyin təmin olunması istiqamətində Nazirliyin qurumları tərəfindən intensiv iş aparılır”.

Poliqon.az

CATEGORIES
TAGS