Kərim Vəliyev Gürcüstanda “Delta” Mərkəzdə istehsal edilən hərbi texnika və avadanlıqlarla tanış olub

Kərim Vəliyev Gürcüstanda “Delta” Mərkəzdə istehsal edilən hərbi texnika və avadanlıqlarla tanış olub

Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 29-da Tbilisi yaxınlığındakı Krtsanisi Milli Təlim və Tədris Mərkəzində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə mərkəzin tarixi və fəaliyyəti barədə geniş brifinq təqdim edilib.

Sonra nümayəndə heyəti “Delta” Elmi Hərbi-Texniki Mərkəzini ziyarət edib.

Burada “Delta”nın istehsal imkanları və həyata keçirilən layihələr müzakirə olunub. Azərbaycan nümayəndə heyəti mərkəzin ərazisinə, hazır məhsullara və müəssisələrə baş çəkib. Həmçinin, general-palkovnik Kərim Vəliyev  hərbi təyinatlı məhsulların istehsalı prosesində iştirak edib və “Delta” istehsalının xüsusiyyətləri ilə yerindəcə tanış olub.

Görüşün sonunda Kərim Vəliyevə xatirə olaraq “Delta”nın hazırladığı bıçaq hədiyyə edilib.

Poliqon.az

CATEGORIES
TAGS