Xəbərlər
Kərim Vəliyev Türkiyənin Müdafiə naziri ilə görüşüb

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
Qeyd edək ki, görüşdə Türkiyə Ordusunun Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər də iştirak edib.







