Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşlarının hərbi qeydiyyatdan çıxarılması qaydası təkmilləşdirilir

Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşlarının hərbi qeydiyyatdan çıxarılması qaydası təkmilləşdirilir

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslərin hərbi qeydiyyatdan çıxarılması qaydası təkmilləşdirilir.

“Poliqon” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslər hərbi qeydiyyatdan çıxarılacaq və müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınacaqlar. Qüvvədə olan qanuna əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə qəbul edilmiş şəxslər və onların təhsil müəssisələrinin müdavimləri (kursantları) hərbi mükəlləfiyyət qeydiyyatından çıxarılır və müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Poliqon.az

CATEGORIES