KF-21 döyüş təyyarəsi ilk gecə uçuşunu edib

KF-21 döyüş təyyarəsi ilk gecə uçuşunu edib

Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkəti tərəfindən inkişaf etdirilən KF-21 “Boramae” döyüş təyyarəsinin prototipləri ilk gecə uçuşlarını həyata keçirib.

“Poliqon” “Yonhap” informasiya agentliyinə istinadən xəbər verir ki, sınaq zamanı təyyarənin 3-cü və 4-cü prototiplərindən istifadə edilib.

“Stealth” (gizlilik) texnologiyası əsasında hazırlanan KF-21 döyüş təyyarəsi 4++ nəsil hesab olunur. Ancaq KAI zamanla döyüş təyyarəsini təkmilləşdirərək 5-ci nəsil seqmentinə tam şəkildə uyğunlaşdırmağı planlaşdırır.

Xatırladaq ki, döyüş təyyarəsinin birnci prototipinin ilk uçuş sınağı ötən ilin iyul ayında baş tutub. İstehsalçı şirkət 2026-cı ilin iyun ayına qədər KF-21 döyüş təyyarəsinin altı prototiplə təxminən 2000 sınaq uçuşunu həyata keçirməyi, ardınca isə həmin il kütləvi istehsal etməyi hədəfləyib.

KAI tərəfindən istehsal ediləcək KF-21-lər hazırda Cənubi Koreyanın Hərbi Hava Qüvvələrində xidmət göstərən köhnəlmiş F-4 və F-5 döyüş təyyarələrini əvəz edəcək.

Qeyd edək ki, 2032-ci ilə qədər Koreya HHQ-yə 120 ədəd KF-21 döyüş təyyarəsi təhvil verilməlidir.

Poliqon.az

CATEGORIES
TAGS