KF-X döyüş təyyarəsinin ilk prototipi 2021-ci ildə yaradılacaq
Cənubi Koreyanın perspektivli KF-X döyüş təyyarəsinin ilk prototipi 2021-ci ilin birinci yarısında yaradılacaq.
Azeri Defence saytının məlumatına görə, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin Müdafiə İnkişafı Agentliyi (ADD) xəbər yayıb.
4 ++ nəsil KF-X təyyarəsinin yaradılması layihəsi ADD-nin rəhbərliyi altında “Korea Aerospace Industries” (KAI) şirkəti tərəfindən həyata keçirilir. KF-X proqramının dəyəri 7,3 milyard ABŞ dolları təşkil edir.
Hazırda KF-X-in altı prototipinin hazırlanma prosesi gedir. KAI ilk prototipin montajının son mərhələsinə başlayıb. Artıq KF-X döyüş təyyarəsinin AFAR radiolokasiya stansiyasının prototipi hazırdır.
Qeyd edək ki. 2015-ci ildə KF-X layihənin icrasına başlanılıb, 2018-ci ildə dizaynı tamamlanıb və dəsdiqlənib. 2021-ci ildə yaradılması tamamlanacaq KF-X döyüş təyyarəsinin növbəti beş ildə yer və uçuş sınaqlarının keşirilməsi planlaşdırılıb. 2026-cı ildə seriyalı istehsala başlayacaq KF-X döyüş təyyarəsindən 2032-dək 120 ədəd istehsal edilməsi nəzərdə tutulub.
İstehsalçıların planlarına görə yeni nəsil təyyarənin sürəti 1.81 “Mach”, yanacaq doldurmadan və ya əlavə yanacaq çənləri olmadan uçuş məsafəsi 2,9 min km təşkil edəcək. KF-X döyüş təyyarəsi 7,7 tona qədər silah daşımaq qabiliyyətinə malik olacaq.