Kiyevdə hərbi paradda müxtəlif silah və texnika nümunələri nümayiş etdirildi

Kiyevdə hərbi paradda müxtəlif silah və texnika nümunələri nümayiş etdirildi

Kiyevdə Ukraynanın Müstəqilliyinin 30 illiyi şərəfinə hərbi parad keçirilib.

“Poliqon” xəbər verir ki, paradda Ukrayna Silahlı Qüvvələri ilə yanaşı, NATO-nun 10-dan çox tərəfdaş ölkəsinin bölmə və texnikası da iştirak edib.

Tədbirlərə 5 mindən çox şəxsi heyət, 100 təyyarə, 400 silah və texnika nümunəsi cəlb edilib.

Paradın “mexanikləşdirilmiş” hissəsi plana uyğun keçib. Bu zaman çoxsaylı yerli istehsal silah və texnika nümunələri ilə yanaşı, həm keçmiş Sovet ordusundan qalma, həm də xarici istehsalçılardan alınma silah və texnika nümunələri keçid edib. Bunlara növbəti nümunələr aiddir:

“Oncilla” və “Dozor” taktiki təkərli döyüş maşınları; BTR-4E və BTR-3DA zirehli transportyorları; “Kozak-2M1” zirehli maşınları; MMK “Bars-8” mobil minaatan kompleksləri; “Spis” döyüş modulu ilə təkmilləşdirilmiş BMP-1TS piyadanın döyüş maşınları; T-84BM “Оплот”, T-64BV və T-64BM2 tankları; “Stuqna” və “Javelin” TƏİR kompleksləri ilə silahlandırılmış “Varta” zirehli avtomobillər; KrAZ-6322 yük maşınları ilə yedəyə alınmış 152 mm-lik 2A36 “Giasint-B” və 2A65 “Msta-B” topları; təkmilləşdirilmiş BM-21M və “Vilxa” yaylım atəşli reaktiv sistemləri; 9K37 “Buk-M1”, 9K330 “Tor” və S-300PS “Antey-300” zenit raket kompleksləri; P-18 “Malaxit” radiolokasiya stansiyası; “Furiya”, “Leleka”, PD-2 və Bayraktar TB2 pilotsuz uçuş aparatları; TCI-903-2 pelenqasiya sistemləri; RSBK-M “Mislivets” robotlaşdırılmış sistemi; “Ironclad” silahlı dronu; “Camel” nəqliyyat dronu.

239497397 381571726801445 7923248244751524094 n 239552245 381572313468053 7612948235180847929 n

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS