QuruXəbərlər

“Kornet” TƏİR komplekslərinin növbəti partiyası Rusiya Ordusuna təhvil verilib

“Rostex” Dövlət Korporasiyasının “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi “Kornet” tank əleyhinə idarəolunan raket (TƏİR) komplekslərinin növbəti partiyasını Rusiya Ordusuna təhvil verib.

Bu barədə “Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinə istinadən xəbər verib.

“Rostex”in Silahlanma Klasterinin sənaye direktoru Bekxan Ozdoyev bildirib ki, “Kornet” yüksək dəqiqliyi, etibarlılığı və atəş gücünü özündə birləşdirir: ““Kornet”lə qarşılaşmaq müasir düşmən tankları, o cümlədən dinamik mühafizə ilə təchiz edilmiş tanklar üçün demək olar ki, heç bir şans saxlamır. Onun məhv etdiyi zirehli texnikaların sayı artıq minlərlədir. “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi tərəfindən hazırlanmış bu TƏİR kompleksinin universallığı ona istehkam qurğularını, komanda məntəqələrini və kiçik ölçülü hərəkətli hədəfləri məhv etməyə imkan verir. Məsələn, “Kornet” kompleksi pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsində də yüksək səmərəlilik nümayiş etdirir”.

Qeyd edilib ki, “Kornet” tank əleyhinə idarəolunan raket kompleksi Rusiya Ordusu tərəfindən geniş şəkildə istifadə olunur. Onun məhv etdiyi hədəflər sırasında “Leopard” və “Challenger” tankları, “Bradley” piyada döyüş maşınları, eləcə də Qərb istehsalı olan digər zirehli texnikalar yer alır.

Back to top button