“Krasnoyarsk” nüvə sualtı qayığı “Kalibr-PL” və “Oniks” raketləri ilə atışlar yerinə yetirəcək

“Krasnoyarsk” nüvə sualtı qayığı “Kalibr-PL” və “Oniks” raketləri ilə atışlar yerinə yetirəcək

“Krasnoyarsk” nüvə sualtı qayığı cari ilin avqust-sentyabr aylarında Rusiyada keçiriləcək dövlət sınaqları zamanı “Kalibr-PL” və “Oniks” qanadlı raketləri ilə atışlar yerinə yetirəcək.

“Poliqon” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Barents dənizində baş tutacaq sınaqlarda sualtı qayığın bu raketlərlə üç sınaq atışı həyata keçirməsi planlaşdırılıb.

885M “Yasen” layihəsi əsasında inşa edilən “Krasnoyarsk” nüvə enerjisi ilə çalışan sualtı qayıqdır. Onun inşa işləri Rusiya Birləşmiş Gəmiqayırma Korporasiyasının tərkibinə daxil olan “Sevmaş” İstehsalat Birliyi tərəfindən aparılır.

Qeyd edək ki, “Krasnoyarsk” nüvə sualtı qayığı 2023-cü ilin sonunda Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) istismarına veriləcək.

Poliqon.az

CATEGORIES
TAGS