L-39NG təyyarəsinin əsas silah sistemləri sınaqdan keçirilib

L-39NG təyyarəsinin əsas silah sistemləri sınaqdan keçirilib

Çexiyanın “Aero Vodochody” şirkəti L-39NG təlim-döyüş təyyarəsinin əsas silah sistemlərini sınaqdan keçirib.

“Poliqon” “Aero Vodochody”ə istinadən xəbər verir ki, sınaqlar zamanı L-39NG-dən 230 ədəd S-5 raketi, 42 ədəd P-50-75 və 24 OFAB-100-120 aviasiya bombası atılıb.

Şirkətin bildirdiyinə görə, üç mərhələdən ibarət olan bu sınaq cari ilin fevral ayının 13-dən başlayıb. Şərq istehsalı silah sistemləri ilə Macarıstan ərazisində keçirilən sınaq mərhələsində təyyarə özünü yaxşı tərəfdən göstərməyi bacarıb.

Qeyd edək ki, reaktiv mühərrikli təlim-döyüş təyyarəsi olan L-39NG həm Şərq, həm də Qərb istehsalı silah və avionik sistemlər ilə təchiz edilə bilər.

Poliqon.az

CATEGORIES
TAGS