SƏRHƏDXəbərlər

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasından üç il ötür

Bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının üçüncü ildönümüdür.

“Poliqon” xəbər verir ki, 2023-cü il 23 aprel tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Laçın-Xankəndi yolunun başlanğıcında “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi qurulub.

2023-cü ilin 26 aprelində yeni yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi keçirilib və dövlət sərhədindən buraxılış məntəqəsindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

Back to top button