Latviya Nazirlər Kabineti “Patria” zirehli transportyorlarının Ukraynaya verilməsini təsdiqləyib

Latviya Nazirlər Kabineti “Patria” zirehli transportyorlarının Ukraynaya verilməsini təsdiqləyib

Latviya Nazirlər Kabineti Ukrayna Silahlı Qüvvələrinə 42 ədəd “Patria” 6×6 zirehli transportyorunun və digər hərbi avadanlığın verilməsini təsdiqləyib.

“Poliqon” Latviya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu addım Ukraynanın Rusiyanın hücumuna qarşı mübarizəsinə dəstək məqsədi daşıyır.

“Latviya istehsalı olan 42 ədəd “Patria” zirehli transportyorunun ilk partiyasını tezliklə Ukraynaya göndərəcəyik. Əminəm ki, bu zirehli maşınlar Ukrayna Silahlı Qüvvələrinə işğalçıya qarşı mübarizədə kömək edəcək. Biz Ukraynanı dəstəkləməyə davam edirik və edəcəyik. Həm bu il, həm də gələn il ümumi daxili məhsulumuzun 0.25%-i həcmində Ukraynaya hərbi yardım göstərəcəyik,” – deyə Latviyanın müdafiə naziri Andris Spruds vurğulayıb.

Qeyd edək ki, Ukraynanın yardım müraciəti əsasında Latviya Müdafiə Nazirliyi cari ilin fevralın 10-da “Patria” 6×6 zirehli transportyorlarının sifariş verildiyini açıqlayıb.

CATEGORIES