“Leonardo” MSPO-da hərbi məhsullarını nümayiş etdirib

“Leonardo” MSPO-da hərbi məhsullarını nümayiş etdirib

Avropa və dünyanın ən böyük müdafiə sənayesi holdinqlərindən sayılan İtaliyanın “Leonardo” şirkəti 7-10 sentyabr tarixlərində Polşada keçirilən MSPO Beynəlxalq Müdafiə Sənayesi Sərgisində məhsullarını nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, “Leonardo” şirkəti sərgidə M-346FA yüngül döyüş təyyarəsini, AW139 helikopterinin Polşa Ordusu üçün xüsusi hazırlanan variantını, HH-139 helikopterini, habelə kiber təhlükəsizlik həllərini nümayiş etdirib.

Tərəfdaş Polşa şirkəti “PZL-idwidnik” vasitəsi ilə “Leonardo”nun Polşa Silahlı Qüvvələrinə təklif etdiyi AW139 platformasına əsaslanan yeni AW139W çoxməqsədli helikopter Polşanın “Miecznik” proqramı çərçivəsində əldə etmək istədiyi FREMM sinifli freqatlarında istifadə oluna bilər.

“Leonardo” şirkətinin rəhbərliyi M-346 təyyarəsinin “Fighter Attack” hücum-döyüş variantının Polşa Hərbi Hava Qüvvələri üçün ideal bir həll ola biləcəyinə inanır: “Bu yüksək performanslı yüngül döyüş təyyarəsi, böyük əməliyyat imkanları təmin edir və M-346 təlim versiyasını artıq idarə edən Hərbi Hava Qüvvələrinə yüksək ortaqlıqlar təqdim edir. M-346 “Polish Bielik” ilə böyük oxşarlıq, miqyas qənaəti və pilotların təlim müddətinin azalması sayəsində həm də əməliyyat xərclərini daha da azaldacaq”.

“Leonardo” stendində həmçinin elektronika sənayesinin geniş çeşidli məhsulları sərgilənib. Bunlara idarəolunan döyüş sursatı, radar və FREMM Döyüş İdarəetmə Sistemi daxildir.

Bildirilib ki, “Leonardo”, bütün sinif gəmiləri 100% Döyüş İdarəetmə Sistemi (CMS) ilə təmin edə bilir. “Leonardo” şirkəti, “Miecznik” proqramı üçün SADOC4 CMS olaraq adlandırılan ən yeni ATHENA sistemini də təklif edir. ATHENA sistemi yüksək səviyyədə inteqrasiya və avtomatlaşdırmaya malikdir ki, bu da operatorun kritik şəraitdə iş yükünü azaldır, eyni zamanda ortaya çıxan təhdidlərə avtomatik cavab verməyə imkan verir. ATHENA, təhdidlərin qiymətləndirilməsi, əməliyyatların planlaşdırılması və döyüş zamanı silahlanmanın idarə edilməsi baxımından silah sistemlərinin avtomatik koordinasiyasını təmin etmək üçün bir çox NATO taktiki məlumat bağlantıları və komanda dəstək sistemləri ilə birləşdirilib.

l2

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS