“Leonardo” Polşaya AW101 helikopterləri ixrac edəcək

“Leonardo” Polşaya AW101 helikopterləri ixrac edəcək

İtaliyanın “Leonardo” şirkəti Polşa Milli Müdafiə Nazirliyinin sifarişi əsasında bu ölkənin Silahlı Qüvvələri üçün 4 ədəd AW101 helikopteri istehsal edir.

Bu barədə “Poliqon”a “Leonardo” şirkətindən məlumat verilib.

Artıq istehalı tamamlanan ilk AW101 (ZR285) helikopterinin “Leonardo”nun Yeovildəki test mərkəzində uçuş sınaqları keçirilib.

Polşa Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul ediləcək çoxməqsədli AW101 helikopteri əsasən dəniz əməliyyatları, o cümlədən axtarış-xilasetmə tapşırıqlarını yerinə yetirəcək.

“Leonardo” mütəxəssislərinin sözlərinə görə, AW101 helikopteri SAR radarı, məlumat ötürmə sistemi, taktiki naviqasiya sistemi və müdafiə sistemləri (passiv və aktiv) daxil olmaqla müasir əməliyyat sistemləri ilə təchiz ediləcəkdir. Bundan əlavə, AW101 taktiki radiostansiya, kəşfiyyat radarı, FLIR müşahidə sistemi, S rejimli radar transponderi və 12,7 mm pulemyotla dəstləşdiriləcək.

Qeyd edək ki, AW101 helikopteri İtaliya, İngiltərə, Kanada, Danimarka, Norveç və Portuqaliya kimi NATO ölkələrində xidmət göstərir.

?Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS