“Leonardo” şirkəti “Bayraktar TB2” PUA-lara AESA radarı quraşdıracaq

“Leonardo” şirkəti “Bayraktar TB2” PUA-lara AESA radarı quraşdıracaq

Polşanın Türkiyədən aldığı “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatlarına (PUA) İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “Osprey 30” AESA (aktiv elektron skanedən antenna) radarları quraşdırılacaq.

“Poliqon” xəbər verir ki, “Leonardo” şirkəti Polşa Silahlı Qüvvələrinin inventarına qəbul edilən hər dəst (6 ədəd) “Bayraktar TB2” uçuş aparatına 2 ədəd kompakt “Osprey 30” AESA radarı inteqrasiya edəcək.

Qeyd edək ki, cari ilin may ayında Türkiyə və Polşa arasında 24 ədəd (4 dəst) “Bayraktar TB2” PUA-nın alqı-satqısına dair müqavilə imzalanıb.

“Leonardo”nun çoxfunksiyalı “Osprey 30” AESA radarı ISR kəşfiyyat, nəzarət və müşahidə qabiliyyətini malikdir. AIMS-ISR texnologiyası ilə dəstəklənən əməliyyatlarda radar “hava-hava”, “hava-dəniz” və “hava-yer” rejimlərində işləyir. O cümlədən radar SAR xəritəsi, MTI hərəkətli hədəf indikatoruna malikdir. Bunlar hamısı AIMS-ISR-in intuitiv hərəkətli xəritələri və sensor nəzarəti ilə tam inteqrasiya olunmaqdadır.

EO/IR sensorları ilə yanaşı “Osprey 30” bütün imkanlarından istifadə edərək bir missiya sistemində kontrol edilir və idarə olunur. İstehalçı şirkətin məlumatına görə, “Osprey 30” kiçik ölçü, az çəki, aşağı qiymət və yüksək dəyəri (SWAP) özündə cəmləşdirən unversal radar sistemidir.

Poliqon.az

CATEGORIES
TAGS