“Leonardo” və “Rheinmetall” birlikdə yerüstü müdafiə sistemləri hazırlayacaq

“Leonardo” və “Rheinmetall” birlikdə yerüstü müdafiə sistemləri hazırlayacaq

İtaliyanın “Leonardo” və Almaniyanın “Rheinmetall” şirkətləri arasında yerüstü müdafiə sistemlərinin inkişaf etdirilməsinə dair anlaşma memorandumu imzalanıb.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, razılaşmanın əsas məqsədi İtaliya Ordusunun quru sistemləri ilə bağlı başlatdığı proqmlar çərçivəsində “Leonardo” və “Rheinmetall” tərəfindən birlikdə əsas döyüş tanklarının (Main Battle Tank – MBT) və piyada döyüş maşınlarının (Armoured Infantry Combat System – AICS) inkişaf etdirilməsidir.

Həmçinin anlaşma memorandumunda gələcəkdə baş ofisi İtaliyada yerləşən birgə müəssisənin yaradılması da nəzərdə tutulub.

Hər iki proqram çərçivəsində tank və PDM-lərin missiya sistemləri, elektronika dəstləri və silah inteqrasiyası ilə bağlı işləri “Leonardo” tərəfindən italiyalı müştərinin tələblərinə uyğun olaraq hazırlanaraq istehsal ediləcək. Tank və piyada döyüş maşınlarının inkişaf etdirilməsində böyük təcrübəyə malik “Rheinmetall” isə hər iki proqrama uyğun tank və PDM hazırlayacaq.

CATEGORIES