“LIG Nex1” şirkəti “Poniard” raketini təqdim edib

“LIG Nex1” şirkəti “Poniard” raketini təqdim edib

İyunun 29-da başlamış və avqustun 4-dək Havay adaları və Cənubi Kaliforniya regionunda və ətrafında keçiriləcək “Rim of the Pacific (RIMPAC)-2022” təlimi çərçivəsindəki sərgidə Cənubi Koreyanın “LIG Nex1” müdafiə şirkəti özünün yüngül 70 mm-lik “Poniard” (K-LOGIR – Korean Low-Cost Guided Imaging Rocket) raketini nümayiş etdirib.

Bu barədə “Poliqon” Cənubi Koreyanın Müdafiə Alışları Proqramı İdarəsinin (Defense Acquisition Program Administration – DAPA) mətbuat xidmətinə istinadən məlumat verib.

Şirkət RIMPAC-2022 sərgisində ölkənin müdafiə sənayesinin ixrac imkanlarını genişləndirməkdən ötrü həm Koreya Hərbi Dəniz Qüvvələri, həm də DAPA ilə işləyir.

“Poniard”/K-LOGIR raketi 8 km uçuş məsafəsinə malikdir və Cənubi Koreyanın Müdafiə İnkişafları Agentliyi (Agency for Defense Development – ADD) ilə “LIG Nex1” şirkəti tərəfindən birgə işlənib, işlər 2016-cı ildə tamamlanıb.

2,75 düymlük raketdə operatora “atdın-unutdun” prinsipi ilə atəş açmağa və dərhal mövqeyini dəyişməyə imkan verən bort tuşlama sistemi tətbiq edilib. Bundan başqa, atəşi idarəetmə sistemləri yük maşınları kimi nəqliyyat vasitələrinə inteqrasiya olunaraq daha çox çevikliyə imkan verir.

K-LOGIR raketinin digər diqqətçəkən xüsusiyyəti onun 31.000 ABŞ dolları aşağı qiymətidir ki, bu da digər oxşar sistemlərdən xeyli ucuzdur.

2019-cu ildə bu sistem xaricdə müqayisəli sınaqlardan keçən ilk Cənubi Koreya istehsalı silah olub. Sınaqlar zamanı K-LOGIR raketi bütün 10 atış zamanı hədəfi uğurla vurub.

Bildirilib ki, Cənubi Koreyanın “LIG Nex1” şirkəti ABŞ-ın “Raytheon” şirkəti ilə sistemin birgə marketinq kampaniyasını həyata keçirir. 2021-ci ilin avqustunda hər iki şirkət “Sea-Air-Space Exposition 2021” sərgisində “Poniard”/K-LOGIR raketini təqdim edib.

Bu raketlərin buraxma qurğusu yük maşınlarına və ya qayıqlara yerləşdirilə bilər.

“LIG Nex1” şirkəti öz raket sistemini qayıqlara və dəniz desantına qarşı bir vasitə kimi reklam edir. Çox güman ki, K-LOGİR raketinin “hava-gəmi” və “hava-yer” variantları da hazırlana bilər.

Poniardraketi

Poniard/K-LOGIR raketi

Bigung buraxma qurgusu

Poniard/K-LOGIR raketləri üçün “Bigung” buraxma qurğusu

K LOGIR raketinin

Poniard/K-LOGIR raketinin buraxılışı

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS