Litva NASAMS ZRK-ləri tezliklə Ukraynaya təhvil verəcək

Litva NASAMS ZRK-ləri tezliklə Ukraynaya təhvil verəcək

Litva NASAMS zenit-raket kompleksinin (ZRK) buraxılış sistemlərini tezliklə Ukraynaya təhvil verəcək.

Bu barədə “Poliqon” Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, yaxın müddət ərzində NASAMS ZRK-dən başqa, pilotsuz uçuş aparatları (PUA), maddi-texniki avadanlıqlar, sursat və bir çox təchizat da Ukraynaya tədarük ediləcək.

Litva 2023-cü ilin yeddi ayı (yanvar-iyul) üzrə hərbi yardım çərçivəsində Ukraynaya Mi-8 helikopterləri, L-70 zenit silahları, M113 zirehli transportyorları, milyonlarla patron və qumbaraatan mərmisi təhvil verib.

Poliqon.az

CATEGORIES
TAGS