Litva Ukraynaya “Bayraktar TB2” PUA göndərib

Litva Ukraynaya “Bayraktar TB2” PUA göndərib

Rusiya-Ukrayna müharibəsi fonunda Litva Türkiyənin “Baykar” şirkətindən aldığı “Bayraktar TB2” pilotsuz uçuş aparatını (PUA) bütün silahları ilə birlikdə Ukraynaya göndərib.

“Poliqon” xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas rəsmi “Facebook” səhifəsində məlumat paylaşıb.

Məlumatda bildirilib ki, Litva ordusu bütün maddi-texniki təminat işlərini, Litva Milli Müdafiə Nazirliyi isə satınalma müqavilələrini və bütün hüquqi rəsmiləşdirmələri öz üzərinə götürüb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS