“Lockheed Martin” İsveç HHQ-yə TPY-4 radarları tədarük edəcək

“Lockheed Martin” İsveç HHQ-yə TPY-4 radarları tədarük edəcək

İsveçin Müdafiə Avadanlıqları İdarəsi (FMV) ölkənin uzaqmənzilli hava müşahidə qabiliyyətini artırmaq üçün “Lockheed Martin” şirkətinin TPY-4 yeni nəsil yerüstü hava müşahidə radarını seçib.

“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, bununla da İsveç TPY-4 beşinci nəsil radar platformasını seçən üçüncü ölkə olub.

Bildirilib ki, tərəflər arasında imzalanan təxminən bir milyard SEK (104.2 milyon ABŞ dolları) dəyərindəki müqaviləyə əsasən “Lockheed Martin”, İsveç Hərbi Hava Qüvvələrinin milli müdafiə tələblərini dəstəkləmək üçün ilk TPY-4 radar sistemlərini 2027-ci ildə təhvil verəcək.

TPY-4, real vaxt rejimində hava hədəflərinin aşkarlanması və izlənilməsi daxil olmaqla, misilsiz hava nəzarəti imkanlarını təmin edən təkmil radardır. Radar ötürmə/qəbuletmə elementlərinin hər birində tam rəqəmsal işləyir və misilsiz proqram təminatlı sensor arxitekturasına malikdir. Bu isə radarın yeni yaranan təhdidlərə və tapşırıqlara sürətlə uyğunlaşmasını təmin edir.

TPY-4, daha kiçik, aşkar olunması çətin olan və növbəti nəsil təhdidləri aşkarlaya bilir. Radar, maneəyaratma (jamming) şəraitində hədəfləri görə bilir və raketlərə qarşı uzun mənzilli erkən xəbərdarlıq imkanı təqdim edərək yeni təhdidlərə daha sürətli cavab verilməsini mümkün edir.

Radar həm sabit, həm də yüksək mobillikli variantlarda mövcuddur və C-130, C-17 hərbi nəqliyyat təyyarələri, yük maşını, dəmiryolu və ya helikopter vasitəsilə daşına bilir.

CATEGORIES