
ABŞ-ın “Lockheed Martin” şirkəti “Strigo” adlı modul müdafiə həlləri ailəsini təqdim edib.
“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, bu ailəyə radiotezlik (RF) sensorları, raket məlumatötürmə sistemləri və raket axtarıcı başlıq texnologiyaları daxildir.
Ümumi arxitektura əsasında hazırlanan həllər hava hücumundan müdafiə, raketdən müdafiə və hava-yer missiyalarına uyğunlaşdırıla bilər.
“Lockheed Martin” “Strigo” texnologiyalarının inkişafını sürətləndirmək üçün xüsusi məhsul mərkəzi yaradıb. Şirkət indiyədək bu mərkəzə 250 milyon dollar investisiya yatırıb.




