
“Lockheed Martin” xərcləri azatlmaq üçün hazırladığı yeni təlim raketini sınaqdan keçirib
“Lockheed Martin” şirkəti ABŞ Ordusu və qlobal tərəfdaşlar üçün mövcud “Low-Cost Reduced Range Practice Rocket” (Aşağı Xərcli Azaldılmış Mənzilli Təlim Roketi) əvəzinə istifadə olunacaq yeni “Joint Reduced Range Rocket” (JR3) həllini uğurla nümayiş etdirib.
“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, bu həll təkrar istifadə oluna bilən pod və sərfəli təlim raketi təqdim edir.
“White Sands Missile Range”də keçirilən uçuş sınağı zamanı “Lockheed Martin” təlim raketini ilk dəfə uğurla buraxaraq onun mənzilini, trayektoriyasını və təkrar istifadə qabiliyyətini nümayiş etdirib. Atışdan sonra test komandası eyni boruya yeni raket yükləyib ki, bu da əsgərlərin sahədə eyni rəket borusu və podu təkrar istifadə edə bilmə imkanını göstərib. Bu irəliləyiş pod başına daha çox təlim raketi təmin edərək vaxt və resurslara qənaət edir.
JR3 raketi HIMARS və M270 yaylım atəşli reaktiv sistemləri (YARS) ilə istifadə üçün nəzərdə tutulub və ekipajlara məhdud mənzilli real atış təlimləri keçirməyə imkan verir. Yeni raket müxtəlif ətraf mühit şəraitində, gündüz və gecə vaxtı, müxtəlif təlim mərkəzlərində təlim məşqlərinin keçirilməsinə imkan yaradır.