QuruXəbərlər

“Lockheed Martin” yeni nəsil tutucu raket proqramında növbəti mərhələni tamamlayıb

ABŞ-ın “Lockheed Martin” şirkəti “Next Generation Interceptor” (NGI) proqramı çərçivəsində hazırlanan yeni nəsil tutucu raketin mühərrik korpusunun kritik partlayış (burst test) sınağını uğurla başa çatdırıb.

“Poliqon” xəbər verir ki, sınaq zamanı karbon liflə möhkəmləndirilmiş kompozit mühərrik korpusu buraxılış zamanı yaranacaq təzyiqdən daha yüksək yüklərə məruz qoyulub və tələb olunan dayanıqlılığı nümayiş etdirib.

Bununla mühərrik konstruksiyasının möhkəmliyi və uçuşun ekstremal şəraitinə tab gətirmək qabiliyyəti təsdiqlənib.

Bu nailiyyət NGI proqramını bu ilin sonuna planlaşdırılan kritik layihə baxışı (CDR) mərhələsinə daha da yaxınlaşdırır və sistemin 2030-cu ilə qədər silahlanmaya qəbul edilməsi hədəfini dəstəkləyir.

Qeyd edək ki, “burst test” raket mühərriki korpusunun möhkəmlik həddini müəyyən etmək məqsədilə aparılan sınaqdır. Bu zaman korpus yanacaq əvəzinə maye ilə doldurulur, normal istismar şəraitində yaranacaq təzyiqdən daha yüksək yüklərə məruz qoyulur və yalnız son həddə çatdıqda sıradan çıxır. Bu isə korpusun təhlükəsizlik ehtiyatını və dayanıqlığını təsdiqləyir.

Back to top button