Lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbçisi şəhid olub

Lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbçisi şəhid olub

Azərbaycan Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

“Poliqon” Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.

Bildirilib ki, şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir. 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəkdir.

CATEGORIES
TAGS