QuruXəbərlər

“Lynx XM30” PDM-inin ilk prototipi ABŞ Ordusuna təhvil verilib

“American Rheinmetall” şirkəti ABŞ Ordusuna “Lynx XM30” piyada döyüş maşınının (PDM) ilk prototipini təhvil verib.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, şirkət tərəfindən ümumilikdə səkkiz prototip hazırlanacaq.

Bildirilib ki, ilk prototip artıq hökumət tərəfindən sınaqlara cəlb olunub, qalan yeddisinin isə ilin sonunadək təhvil verilməsi planlaşdırılır.

“Lynx XM30” ABŞ Ordusunun M2 “Bradley” piyada döyüş maşınlarını əvəzləmək üçün həyata keçirdiyi proqram çərçivəsində hazırlanır. Layihə üzrə müqavilənin dəyəri təxminən 764 milyon ABŞ dollarıdır.

Yeni döyüş maşını modul konstruksiyaya, açıq arxitekturaya və hibrid-elektrik güc qurğusuna malikdir. Platforma dronların, yüksək dəqiqlikli silahların və elektron müharibə vasitələrinin geniş tətbiq olunduğu müasir döyüş şəraiti üçün nəzərdə tutulub.

Back to top button