
“Məsaf” avtomatı İran ordusunun əsas piyada silahı olacaq
İran hərbi sənaye kompleksi tərəfindən yeni istehsal edilən “Məsaf” adlı avtomat yaxın zamanlarda Silahlı Qüvvələrin standart piyada silahını əvəz edəcək.
“Poqilon”un “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Müdafiə naziri Əmir Hatəmi deyib.
Onun sözlərinə görə, İran mütəxəsisləri təfəindən dizayn və istehsal edilən “Məsaf” avtomatı dünyanın modern silahları ilə rəqabət apara biləcək imkanlara malikdir.
Əmir Hatəmi açıqlamasında 4 kq yaxın ağırlığı olan yeni avtomatın effektiv atış mənzilinin gündüz 800 metr, gecə isə 600 metr olduğunu bildirib.
“Məsaf”ın üzərindəki pikatini relsi silaha müxtəlif optik nişangahlar, lazer və s. cihazlar əlavə etməyə imkan verir.
Qeyd edək ki, “Məsaf” avtomatının ilk nümunəsi 2017-ci il fevralın 6-da İranda İslam inqilabının ildönümü münasibətilə keçirilən mərasimdə nümayiş etdirilib.