Macarıstan “Leopard 2A7HU” tanklarının daha bir patiyasını təhvil alıb

Macarıstan “Leopard 2A7HU” tanklarının daha bir patiyasını təhvil alıb

Macarıstan Müdafiə Nazirliyi Almaniyanın “Krauss-Maffei Wegmann” (KMW) şirkətindən “Leopard 2A7HU” tanklarının daha bir patiyasını təhvil alıb.

“Poliqon” Macarıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təhvil alınan 3 ədəd “Leopard 2A7HU” tankı Macarıstan Müdafiə Qüvvələrinin Tatada yerləşən 1-ci Zirehli Briqadasına gətirilib.

Bildirilib ki, Macarıstan Müdafiə Qüvvələri 2028-ci ilə qədər ümumilikdə 44 ədəd “Leopard 2A7HU” tankı, 5 ədəd “Wisent 2HU” zirehli mühəndis-istehkam maşını və 3 ədəd “Leguan 2HU” səyyar üzən körpü sistemi təhvil alacaq.

CATEGORIES
TAGS