Macarıstan Ordusu “Əjdər Yalçın” zirehli maşınlarını silahlanmaya qəbul edib

Macarıstan Ordusu “Əjdər Yalçın” zirehli maşınlarını silahlanmaya qəbul edib

Macarıstan Türkiyədən “Nurol Makina” şirkətinin istehsalı olan “Əjdər Yalçın” zirehli maşınları alıb.

“Poliqon” xəbər verir ki, bu barədə Macarıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Macarıstanın Türkiyədən satın aldığı 4×4 təkər formuluna malik “Əjdər Yalçın” (Gidrán) zirehli maşınlarının ilk partiyası Müdafiə nazirinin iştirakı ilə keçirilən mərasimdə Silahlı Qüvvələrin inventarına qəbul edilib.

Mərasimdə çıxış edən Müdafiə naziri 10 ədəd “Əjdər Yalçın”ın təhvil alındığını, yaxın zamanda daha 40 ədəd zirehli maşının tədarük ediləcəyini deyib. Müdafiə naziri bildirib ki, yaxın gələcəkdə Macarıstanda “Nurol Makina” şirkəti ilə birgə zirehli maşınların istehsalı həyata keçirləcək.

Macarıstan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin zirehli maşına olan ehtiyacını qarşılamaq üçün ümumilikdə 300 ədəd “Əjdər Yalçın” almağı planlaşdırıb.

148974094 3969321799821844 4855712590197654206 o 1630x860 1

 

CATEGORIES
TAGS