
Macarıstan “StrikeShield” aktiv müdafiə sistemi sifariş verib
Macarıstan Ordusu Almaniyanın “Rheinmetall” şirkətinə dəyəri 140 milyon avrodan çox olan “StrikeShield” aktiv müdafiə sistemi (ADS) sifariş verib.
“Poliqon” xəbər verir ki, bu barədə “Rheinmetall” şirkəti məlumat yayıb.
Məlumata əsasən, alıncaq üçüncü və yeni nəsil “StrikeShield” ADS-lər Macarıstan Silahlı Qüvvələrinin ötən il “Rheinmetall” şirkətinə sifariş verdiyi “Lynx” piyada döyüş maşınlarına (PDM) inteqrasiya ediləcək.
Qeyd edək ki, Macarıstan “Lynx” PDM-ni sifariş edən ilk NATO və Avropa Birliyi ölkəsidir.
CATEGORIES Xəbərlər