Maraq dünyamız: Kosmonavtların sağqalma silahı SONAZ TP-82

Maraq dünyamız: Kosmonavtların sağqalma silahı SONAZ TP-82

SONAZ (Стрелковое Оружие Носимого Аварийного Запаса – daşınan qəza ehtiyatının atıcı silahı) kosmonavtların sağ qalma silahı TP-82 və ya TOZ-82 indeksləri ilə tanınır.

“Poliqon” xəbər verir ki, əvvəlcə, müəyyən edimiş ərazidən kənarda vəhşi bir yerə eniş zamanı kosmonavtların sağ qalması üçün təyin edilmiş belə bir silah ideyası kosmonavt Aleksey Leonovda yaranmışdır. 19 mart 1965-ci ildə Aleksey Leonov Pavel Belyaevlə birlikdə “Vostok-2” eniş maşınının göyərtəsində qəza enişi etmiş və iki gündən çox qış tayqasında axtarış-xilasetmə qrupunu gözləmişlər. Kosmonavtların əlində olan Makarovun PM tapançası yırtıcı heyvanlardan qorunmaq və daha da pisi, ovla qida əldə etmək üçün isə daha zəif idi.silah1

Keçən əsrin 70-ci illərin sonunda, artıq Kosmonavtların Hazırlıq Mərkəzinin rəis müavini olan Aleksey Leonov, vəhşi təbiətdə qəza enişindən sonra kosmonavtların və uzun mənzilli aviasiya pilotlarının sağ qalması üçün xüsusi bir silah ideyasını rəsmi olaraq irəli sürmüşdür. 1981-ci ildə bu ideya rəsmi dəstək almış və 1982-ci ildə Tula Silah Zavodunda (Тульский Оружейный Завод – ТОЗ) hazırlanmış TP-82 tapançası sovet kosmik missiyalarını təchiz etmək üçün rəsmi olaraq qəbul edilmişdir. 1986-cı ildə isə TP-82 tapançası SSRİ Hərbi Hava Qüvvələri tərəfindən qəza enişi zamanı uzaq mənzilli aviasiya pilotları üçün sağqalma silahı kimi silahlanmaya qəbul edilib.

TP-82 üçün döyüş sursatları Klimovsk Mərkəzi Tədqiqat Dəqiq Maşınqayırma İnstitutunda (Климовском ЦНИИ Точного Машиностроения) hazırlanmışdır. TP-82 tapançasının NAZ ((Носимый Аварийный Запас – НАЗ) dəstinə daxil olduğu ilk kosmik gəmi 1982-ci ilin yayında buraxılan Soyuz T-6 idi.

silah3Onların kifayət qədər istehsal edildiyi hesab edildiyi üçün 1987-ci ildə TP-82 tapançalarının istehsalı dayandırılıb. Mövcud məlumatlara görə, TP-82 tapançaları 2007-ci ilə qədər Sovet və daha sonra Rusiya kosmik gəmilərinin NAZ dəstinə daxil edilib. Sovet İttifaqında istehsal olunan bu silahın döyüş sursatı üçün zəmanət saxlama müddətləri başa çatdığından o NAZ artıq NAZ dəstindən çıxarılıb.

SONAZ TOZ-82 / TP-82 kosmonavtlarının sağqalma silahı, birləşmiş lülə bloku olan üçlüləli, özü doldurulmayan tapançadır. Yan-yana yerləşən iki yuxarı lülə hamar kanallara malikdir və 32 (12,5 mm) kalibrli ov patronları üçün nəzərdə tutulub. Aşağı lülə yivlidir, 5,45×39 mm-lik patronlar üçün təyin edilib.

Silah lülə blokunu “sındırmaqla” yenidən doldurulur; lülənin rəzəsi tapança tutacağından yuxarı solda üfüqi şəkildə yerləşən uzun qol formasına malikdir. Lülə blokunun kilidini açmaq üçün qolu sola itələmək lazımdır. Zərbə-tətik mexanizmi qarmaqlıdır, özü ayağa çəkilən deyil, iki açıq yerləşdirilmiş tətiklidir. Sağ tətik sağ “hamar” lüləyə xidmət edir. Sol tətik sol “hamar” lülə ilə aşağı yivli lülə arasında keçid edə bilir, bunun üçün şaquli müstəvidə hərəkət edən çərçivənin solunda bir keçirici var. TP-82 tapançalarının bəzi nümunələrində buraxma qarmağının altında əl dəstəyində düymə şəklində avtomatik qoruyucu var idi. Nişangah tərtibatı açıqdır, sabitdir.

Atəş dəqiqliyini artırmaq üçün TP-82 tapançası tapança əl dəstəyinin aşağı hissəsinə bərkidilə və çıxarıla bilən ştat qundağı təchiz edilmişdir. Bu qundaq özündə trapesiyaşəkilli tiyəsi olan, yarı sərt qına daxil edilmiş xüsusi hazırlanmış maçetanı tərənnüm edir. Atış üçün qınındakı maçeta tapançaya bərkidilirdi, qınının sərt alt hissəsi isə qundağın arxalığına çevrilirdi.silah2

Xüsusilə TP-82 tapançası üçün üç növ patron hazırlanmışdır. Yivli lülədən atəş açmaq üçün 5.45×39 çaplı avtomat patronunun bir variantı olan, qurğuşun özəkli yarıüzlüklü ekspansiv güllə ilə təchiz edilmiş SP-P patronu yaradılıb. TOZ-82 tapançasından belə bir patronun effektiv atəş məsafəsi 200 metrə çatır. Hamar lülələrdən atəş açmaq üçün SN-D (qırmalı, qırma №6 ilə) və SN-S (siqnal, bir qırmızı “ulduz” ilə) versiyalarında latun gilizli 32 (12,5 mm) kalibrli patronlar istifadə edilirdi.

SONAZ-ın ştat döyüş dəsti üç növ patrondan ibarət olmaqla 31 patron idi:

– SP-D – 10 ədəd;

– SP-S – 10 ədəd;

– SP-P – 11 ədəd.

TP-82 tapançasının əsas xassələri:

– çapı – 2х12,5 + 1х5,45 mm;

– qundaqsız uzunluğu – 360 mm;

– qundaqla uzunluğu – 670 mm;

– qundaqsız hündürlüyü – 150 mm;

– qundaqla hündürlüyü – 235 mm;

– qundaqsız çəkisi – 1,6 kq;

– qundaqla çəkisi – 2,4 kq

– maqazin tutumu – tək-tək doldurylur

silah5

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS