MBDA “Marte ER” raketinin yenilənmiş versiyasını sınaqdan keçirib
MBDA şirkəti “Marte ER” gəmi əleyhinə raketin yenilənmiş versiyasını Sardiniyadakı PISQ (Poligono Interforze del Salto di Quirra) poliqonunda sınaqdan keçirib.
Bu barədə “AzeriDefence”yə MBDA şirkətindən məlumat verilib.
Məlumatda bildirilir ki, ikinci dəfə atış sınaqları keçirilən “Marte ER” raketinin ümumi dizaynı və performansı təsdiqlənib.
Bu dəfə, 2018-ci ilin sonunda keçirilən ilk atışla müqayisədə “Marte ER” raketinin bir neçə əlavə xüsusiyyət və funksiyası sınaqdan keçirilib. “Marte ER” raketi suda üzən hədəfi təxminən 100 km məsafədən yüksək dəqiqliklə vurub.
Məlumatda o da qeyd olnub ki, “Marte ER”in “Eurofighter Typhoon” döyüş təyyarəsinə inteqrasiyası üçün lazım olan hazırlıqlar gedir.
CATEGORIES Xəbərlər