MDB dövlətlərinin təhlükəsizlik qurumlarının 57-ci iclası baş tutub

MDB dövlətlərinin təhlükəsizlik qurumlarının 57-ci iclası baş tutub

Oktyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 57-ci iclası keçirilib.

Bu barədə “Poliqon”a Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə iştirak edib.

İclasın əsas mövzusu MDB regionunda beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa, informasiya təhlükəsizliyini təhdid edən hallara, ekstremizmə və radikalizmə, eləcə də sadalananların doğurduğu digər mənfi təzahürlərə qarşı səyləri birləşdirməklə birgə mübarizənin aparılmasına həsr olunub.

Həmçinin tədbirdə MDB dövlətlərinin təhlükəsizliyinin etibarlı təmin edilməsi istiqamətində qarşıda duran plan və vəzifələr barədə ətraflı müzakirələr aparılıb.

68f2276e24b2a 1 Bzmqu u6nH6t8

CATEGORIES