Məhdud görmə şəraitində düşmən arxasına keçən xüsusi təyinatlılar döyüş tapşırıqlarını icra ediblər

Məhdud görmə şəraitində düşmən arxasına keçən xüsusi təyinatlılar döyüş tapşırıqlarını icra ediblər

Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən  “Üç qardaş – 2021” beynəlxalq təlimi davam edir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, təlimin növbəti mərhələsində məhdud görmə şəraitində hava yolu ilə düşmən arxasına keçən xüsusi təyinatlı bölmələr gecə və gündüz, müxtəlif şəraitlərdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.

Qeyd edək ki, “Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

Poliqon.az

CATEGORIES
TAGS