Məhərrəm Əliyev: Azərbaycan-Türkiyə regionun təhlükəsizliyini təmin etmək üçün vahid güc mərkəzinə çevrilməkdədir

Məhərrəm Əliyev: Azərbaycan-Türkiyə regionun təhlükəsizliyini təmin etmək üçün vahid güc mərkəzinə çevrilməkdədir

Azərbaycan və Türkiyə arasında digər sahələrlə yanaşı, hərbi-texniki sahədə, xüsusilə hərbi sənayedə ikitərəfli əməkdaşlıq mövcuddur və bu çox önəmli faktordur. Bu elə bir əməkdaşlıqdır ki, heç bir başqa ölkələr arasında belə sıx hərbi məqsədli təmaslar mövcud deyil.

“Poliqon” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev POLİQON jurnalına müsahibəsində deyib.

“Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı var və biz də qardaş ölkənin bu potensialından faydalanırıq. Çünki Türkiyə dünyanın ən müasir hərbi-texniki silahlarına, avadanlıqlarına malikdir və onların əksəriyyəti həmin ölkənin öz milli istehsalıdır. Etiraf edək ki, Türkiyənin belə bir hərbi gücə malik olması istər-istəməz bəzi dairələri narahat edir.

Prezident İlham Əliyevin Türkiyə ilə hərbi-texniki əməkdaşlığın daha da genişləndiriləcəyi barədə vurğuladığı fikirləri də qənaətə gəlməyə zəmin yaradır ki, artıq ölkələrimiz regionun stabilliyini, təhlükəsizliyini təmin etmək üçün vahid güc mərkəzinə çevrilməkdədir.

Poliqon.az

CATEGORIES
TAGS