MEMATT işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində istifadə edilir

MEMATT işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində istifadə edilir

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilən MEMATT mexaniki minatəmizləmə maşınları işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində istifadə edilir.

“Poliqon”un məlumatına görə, MEMATT mexanik minatəmizləmə maşınları Azərbaycanın işğaldan azad olunmuş rayonlarında yaşayış məntəqələrini, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb edilib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyindəki ASFAT şirkəti tərəfindən istehsal olunan MEMATT mexaniki minatəmizləmə maşınları modulyar dizayna sahibdir. MEMATT maşınlarına müxtəlif trallar və mexanizmlər inteqrasiya oluna bilir. Detalları rahat şəkildə, sahədəcə dəyişdirilə bilən maşın 500 metr məsafədən radioəlaqə vasitəsi ilə idarə olunur.

4 km/saat sürətlə hərəkət edə bilən maşın müxtəlif ərazi şərtlərində istifadə oluna, 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili hərəkət edə bilir. 1700 mm genişliyində, 250 mm dərinlikdə təmizləmə həyata keçirən MEMATT mexaniki minatəmizləmə maşını 8 kq TNT partlayışına dözümlüdür.

mematt

Poliqon.az

CATEGORIES
TAGS