Xəbərlər
Mərakeş əlavə “Bayraktar TB2” PUA-lar almaq istəyir

Mərakeş Hərbi Hava Qüvvələri Türkiyənin “Baykar” şirkətindən əlavə “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) almağa hazırlaşır.
“Poliqon”un məlumatına görə, əlavə sifariş olunacaq “Bayraktar TB2” PUA-ların sayı 6 ədəd təşkil edəcək.
Xatırladaq ki, Mərakeş Silahlı Qüvvələri 2021-ci ilin aprel ayında Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal olunan, 70 milyon ABŞ dolları dəyərində 13 ədəd “Bayraktar TB2” PUA sifariş etmişdi.
Rizvan Fikrətoğlu




