“Meteksan Savunma” MERTER elektron hücum sisteminin ilk partiyasını sifarişçiyə çatdırıb

“Meteksan Savunma” MERTER elektron hücum sisteminin ilk partiyasını sifarişçiyə çatdırıb

“Meteksan Savunma” şirkəti tərəfindən hazırlanan MERTER elektron hücum sisteminin birinci partiyası Türkiyənin təhlükəsizlik qüvvələrinə təhvil verilib.

“Poliqon” xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında paylaşım edib.

“Meteksan Savunma” şirkəti ilə SSB arasında MERTER sisteminin hazırlanması üçün müqavilə 2019-cu ildə imzalanıb. Bu sistem ölkə daxilində ilk dəfə 2021-ci ildə Türkiyədə keçirilən IDEF-2021 sərgisində, ölkə xaricində isə 2022-ci ildə Pakistanın Karaçi şəhərində baş tutan IDEAS-2022 sərgisində nümayiş etdirilib.

MERTER sistemi tək personal tərəfindən çiyində daşına biləcək formada dizayn olunub. V/UHF tezliyində fəaliyyət göstərən bu sistemin vasitəsi ilə uzaq məsafədən düşmənin rabitə əlaqəsini əngəlləmək və əldəqayırma partlayıcı qurğularla (ƏPQ) həyata keçirəcəyi hücumların qarşısını almaq mümkündür.

Poliqon.az

CATEGORIES
TAGS