
Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan “Meteksan Savunma” SAHA 2026 sərgisində qabaqcıl texnologiyalara malik məhsul və həllərini nümayiş etdirəcək.
“Meteksan Savunma”dan “Poliqon”a bildirilib ki, şirkət radar, elektron müharibə, sonar, platforma alt sistemləri və təlim simulatorları sahələrində hazırladığı innovativ sistemləri ziyarətçilərə təqdim edəcək.
SAHA 2026 çərçivəsində beynəlxalq əməkdaşlıqları gücləndirməyi hədəfləyən şirkət, istehsal və texnologiya transferinə yönəlmiş layihələr vasitəsilə xaricdə fəaliyyət göstərən yerli müdafiə şirkətləri ilə yeni əməkdaşlıq imkanlarını dəyərləndirməyi planlaşdırır.
SAHA 2026-da “Meteksan Savunma” stendində nümayiş etdiriləcək sistemlər:
- Raket alt sistemləri;
- MİLSAR SAR/MTI radarı;
- KAPAN antidron sistemi;
- “Retinar AESA” çoxməqsədli radarı;
- “Retinar GSR” yerüstü müşahidə radarı;
- MİLSAS sonar sistemi;
- SEYMEN naviqasiya elektron müharibə sistemi;
- MERT elektron hücum sistemi;
- MERTER daşınan elektron hücum sistemi;
- SİMETRAN simulator ailəsi;
- SUVDES sualtı və sualtı vasitələrin aşkarlanması sistemi.
“Meteksan Savunman”ın baş direktoru Adil Baktır SAHA 2026 ilə bağlı fikirlərini bölüşərək, sərginin şirkət üçün əhəmiyyətinə toxunub: “SAHA 2026 inkişaf etdirdiyimiz qabaqcıl texnologiyaları və sahədə özünü sübut etmiş sistemlərimizi təqdim etmək üçün mühüm platformadır. Güclü istehsal infrastrukturu və beynəlxalq əməkdaşlıqlarımızla müdafiə sənayemizin ixracına töhfə verməyə davam edirik. Bütün iştirakçıları stendimizə dəvət edirik”.
Əməliyyat meydanında aktiv istifadə olunan və performansını sübut etmiş sistemləri ilə “Meteksan Savunma” Türkiyə Silahlı Qüvvələri ilə yanaşı, dost və müttəfiq ölkələrin də ehtiyaclarına uyğun etibarlı və səmərəli həllər təqdim edir. Güclü istehsal infrastrukturu və yüksək istehsal gücü sayəsində şirkət, layihələrini vaxtında və etibarlı şəkildə təhvil verməyə davam edir.




