“Meteksan Savunma” şirkəti “Retinar” FAR-AD antidron radar sistemini tədarük edib

“Meteksan Savunma” şirkəti “Retinar” FAR-AD antidron radar sistemini tədarük edib

Türkiyənin “Meteksan Savunma” şirkəti tərəfindən istehsal edilən “Retinar” FAR-AD antidron radar sisteminin kalifikasiya sınaqları tamamlanıb və tədarükü həyata keçirilib.

Bu barədə “AzeriDefence”ə “Meteksan Savunma” şirkətindən məlumat verib.

Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə “Meteksan Savunma” şirkəti arasında 2019-cu ildə imzalanan “Mini/mikro dron təsbit radar sistemi” müqaviləsi çərçivəsində “Meteksan Savunma” 8 ay müddətində “Retinar” FAR-AD antidron radarını hazırlayıb.

Şirkət mütəxəssislərinin sözlərinə görə, dronların quşlardan ayırd edilməsi, “DJI Phantom”, TALON kimi fərqli dronların təsbit və təqibi kimi bir-birindən fərqli bir çox testi böyük uğurla tamamlayan “Retinar” FAR-AD sistemlərinin sifarişçiyə çatdırılması həyata keçirilib.

“Meteksan Savunma” şirkəti tərəfindən istehsal edilən “Retinar” FAR-AD antidron radar sistemi mini/mikro dron və yerdən gələn təhdidlərın qarşısını tamamilə almaq üçün yerli və milli olaraq hazırlanan bir radar sistemidir. “Retinar” FAR-AD radar sistemi təhlükəsizlik sensoru kimi müxtəlif məqsədlər üçün istifadə oluna bilir.

Ku tezlik diapazonunda aşağı RF çıxış gücü ilə işləyən sistem, qabaqcıl texnologiyalı radio tezlik dizaynına və rəqəmsal əsaslı radara malikdir. Sistem istifadəçiyə effektiv istifadə rejimlərini təklif edir. “Retinar” FAR-AD 30 rpm dönmə sürəti sayəsində təhdidlərin manevrlərindən təsirlənmir və təhdidləri uğurla izləyir. “Retinar” FAR-AD sistemi 40 dərəcə şaquli bucaq altında eyni vaxtda yerdəki təhdidləri 7 km-ə qədər və havadan gələn təhdidləri 3 km-ə qədər təsbit və təqib edə bilir.

Radar “İstifadəçi interfeysi proqramı” ilə 9 km-ə qədər məsafədə izlənilən hədəflərin istiqamətini və sürətini operatora ötürür. Sistem hədəfi skan edərkən avtomatik olaraq hədəfi sinifləndirə bilir. Bundan başqa, sistem meydana gələn qeyri-müəyyənlikləri aradan qaldırmaq və sinifləndirmə etibarlılığını artırmaq üçün Hədəf Təhlil Modunda detallı alqoritmlərlə sinifləndirmə performansını artırır.

Məlumatda o da qeyd olunub ki, “Retinar” radar sistemləri Türkiyə Quru Qoşunları, Jandarma Baş İdarəsi, Dövlət Hava Limanları İdarəsi ilə yanaşı iki xarici ölkədə xidmət göstərir.

CATEGORIES
TAGS