
“Meteksan Savunma” şirkəti dəniz dibi və sualtı hədəflərin yüksək ayırdetmə qabiliyyəti ilə görüntülənməsinə imkan verən “Milli Sentetik Açıklıklı Sonar” (MİLSAS) sistemini SAHA 2026 sərgisində nümayiş etdirib.
“Poliqon” xəbər veri ki, şirkət bununla sualtı sistemləri sahəsində yerli və milli mühəndislik imkanlarını yeni səviyyəyə daşımağı hədəfləyir.
MİLSAS, dəniz dibi və sualtı hədəflərin yüksək dəqiqliklə aşkarlanması üçün hazırlanmış qabaqcıl sintetik aperturalı sonar sistemi kimi diqqət çəkir. Sistem platformanın hərəkəti boyunca əldə edilən çoxsaylı dar aperturalı sonar ölçmələrini faza uyğun şəkildə birləşdirərək sintetik geniş apertura yaradır. Bunun sayəsində ənənəvi sonar sistemlərinin ayırdetmə məhdudiyyətləri aşılır və sualtı hədəflər yüksək detallılıq səviyyəsində görüntülənə bilir.
Yüksək tezlikli akustik siqnalların emalı ilə kəskin və aydın görüntülər yaradan MİLSAS, geniş əhatə zonası və üstün görüntü keyfiyyəti sayəsində mina aşkarlanması, dəniz dibinin xəritələnməsi, kritik infrastrukturun yoxlanılması, enerji axtarışı fəaliyyətləri və dəyişikliklərin müəyyən edilməsi kimi bir çox fərqli tapşırıqda etibarlı məlumat təqdim edir.
Sistem əməliyyat qərarlarının qəbul edilməsini sürətləndirərkən, tapşırıqların effektivliyinin artırılmasına da töhfə verir.




