Aerospace
Mi-8 desant helikopteri yeni bort-kompleksi ilə təchiz olunub

Rusiya modernləşdirilmiş desant-hücum helikopterinin təqdimatını keçirib.
“AzeriDefence”nin məlumatına görə, MAKS-2015 aviasiya sərgisində nümayişə çıxarılan Mi-8AMTŞ-nin texniki xarakteriskası haqda danışan mütəxəssislər bildiriblər ki, helikopter yeni – L370E8 “Vitebsk” biort kompleksi ilə təchiz olunub.
Bu bort-kompleksin istehsalçısı “Stella” İstehsalat Birliyidir.
Bort-kompleksə L370-5 markalı üç elektron-optik stansiya, 4 ədəd L370-2 ultrabənövşəyi pelenqator, o cümlədən yanlış istilik hədəflərini müyyənləşdirən 2 ədəd UV-26 avadanlığı daxildir.
“Stella”dan bildirilib ki, bu günə kimi 30 belə bort-kompleks istehsal olunub.



