MILEX-2021 sərgisinin keçiriləcəyi vaxt müəyyənləşib

MILEX-2021 sərgisinin keçiriləcəyi vaxt müəyyənləşib

Belarusda keçiriləcək MILEX-2021 10-cu beynəlxalq silah və hərbi texnika sərgisinin keçiriləcəyi vaxt təsdiqlənib.

“AzeriDefence”nin Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən verdiyi məluamta görə, MILEX-2021 10-cu beynəlxalq silah və hərbi texnika sərgisi 23-26 iyun 2021 tarixlərində Minskdə keçiriləcək.

Dövlət Hərbi-Sənaye Komitəsinin rəhbərliyi altında keçiriləcək sərginin hazırlanması və keçirilməsi üçün cavabdeh olan idarələrarası təşkilat komitəsi yaradılıb.

MILEX-2021 sərgisində başda Belarus olmaqla müxtəlif ölkədən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkət və dövlət müəssisələri iştirak edərək öz məhsullarını sərgiləyəcək. Sərgidə əsas ağırlıq Belarusun müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin payına düşəcək.

 

CATEGORIES
TAGS