
MİLKAR-6A daşına bilən elektron hücum sistemi və İHA-230 səsdən sürətli ballistik raketi ilk dəfə Türkiyə Quru Qoşunlarının inventarına daxil edilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Həmçinin son iki həftə ərzində “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən başda MK-82 ümumi təyinatlı aviasiya bombası olmaqla müxtəlif növ və çaplarda silah-sursatın da Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi həyata keçirilib.
Bundan əlavə, ASELSAN şirkətinin istehsal etdiyi müxtəlif müdafiə sistemləri qoşunların istifadəsinə verilib. Bu çərçivədə müxtəlif sayda TARAS-II radiorele sistemi Quru Qoşunlarına, “AcroSAT” gəmi peyk rabitə terminalı Hərbi Dəniz Qüvvələrinə, LGK-84 lazer tuşlama dəsti, “İhtar” antidron sistemi və ARTcom 9681 hava rabitə cihazı isə Hərbi Hava Qüvvələrinə çatdırılıb.




